7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

"Neftçi" avrokuboklarda: yeni rekord

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün sonuncu mükafatçısı da bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ”la “Sabah”ın ardınca “Neftçi” də “üçlük”də yerini təmin edib.

Bu, 29-cu turdan sonra rəsmiləşib. Bakılılar səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib və xallarının sayını 60-a çatdırıb.

“Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaq. Bu, yarışın tarixində yeni rekorddur. Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb.

Paytaxt klubu 9 dəfə - 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013 və 2020/2021 mövsümlərində çempion titulunu qazanıb. “Ağ-qaralar” 5 dəfə gümüş (2000/2001, 2006/2007, 2018/2019, 2019/2020, 2021/2022), 6 dəfə bürünc (1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008, 2017/2018) mükafat qazanıb.

Qeyd edək ki, “Neftçi” ardıcıl 6-cı mövsümü “üçlük”də bitirəcək (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30