7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Bəhlul Mustafazadə: “Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq”

Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə Avro-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəkləri oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi maçtdan əvvəl təşkil edilən mətbuat konfransında Avstriya ilə matçdakı səhvləri təkrarlamamalı olduqlarını deyib

“Düşünürəm ki, iqlim dəyişikliyi bizim üçün heç bir problem yaratmamalıdır. Biz futbolçular tez-tez bu cür halla qarşılaşırıq. İlk oyundakı oyunumuza gəlincə, buraxdığımız qollarda bütün müdafiə xəttinin səhvi vardı. Əslində oyuna yaxşı başlamışdıq. Elə səhvlər oldu ki, şəxsən mən sığortalaya bilərdim, amma bacarmadım. Sabahkı oyunda eyni səhvləri təkrarlamamalıyıq. Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq. İnkişaf etdiyimizi düşünürəm. Çünki daha rahat oynamağa və qələbələr qazanmağa başlamışıq".

Qeyd edək ki, sabah Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30