Ölkə futbolu
Qurban Qurbanov: “Bu təklifə ən sıx qrafikdə belə yox deməzdik”
“Bizim üçün çox vacib oyun idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal qazanmaq istəyirdik. Şükürlər olsun ki, istəyimizə çatdıq”.
Futbolxeber.az saytının məlumatına görə. bu sözləri Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis komandasının 6:0 hesablı qələbəsini belə şərh edib: “İlk 2 qoldan sonra oynamaq bizim üçün daha rahat oldu. Vacib olan məqam oyunumuzu, futbolçuların idman formasını yaxşılaşdırmaqdı. Bu gün futbolçularım meydanda həm məsuliyyətli, həm də istəkli idilər. Buna görə komandamı təbrik edirəm. “Sumqayıt” isə qarşıdakı matçlarda uğurlar arzulayıram. Öz azarkeşlərimizə də, sumqayıtlı fanatlara da təşəkkürümü bildirirəm”.
Mütəxəssis “Qalatasaray”la xeyriyyə oyunu üçün hələlik digər klublara futbolçu ilə bağlı müraciət etmədiklərini bildirib və bunun səbəbini belə izah edib: “Hesablamamıza görə, həmin vaxt düşərgəmizdə 12 futbolçu qalmalıdı. Bu matçdan sonra martın 19-na kimi futbolçulara istirahət verəcəyik. Bir araya gələndə, martın 19-da Benzianın, Diakabinin durumuna aydınlıq gələcək. Hələlik hər ikisi fərdi məşq edir. Lakin həmin vaxt komanda ilə çalışmalara başlamalıdılar. Bu cür məqamları da gözləməliyik. Ola bilər ki, 2-3 gün qalmış digər klublara müraciət edək. Konkret olaraq, müdafiə xəttində futbolçuya ehtiyacımız var. Çünki bu mövqedə cəmi 3 futbolçumuz qalacaq: Kevin, Rahil və Maksim. Bildiyim qədəri ilə Elvin, Toral və Bəhlul milliyə dəvət alıb. Bədavi isə zədəlidi. Bir sözlə, müdafiədə problemlər görünür. Ona görə də ola bilər ki, 2, hətta 3 müdafiəçi üçün digər klublara müraciət edək. Yenə də qarşıdakı məşq proseslərindən çox şey asılıdı. Vəziyyətə uyğun olaraq digər mövqelərdə də futbolçuya ehtiyac duya bilərik”.
Qurbanov Nəriman Həsənzadəni “Qalatasaray”la oyunda müdafiədə sınamaq fikrində olmadığını bildirib: “Bəli, bu gün Nərimandan müdafiədə yararlandıq. Amma bu, “Qalatasaray”la oyuna görə deyil. Maksimin qızdırması var idi. Ona görə də bu gün heyətdə yer almamışdı. Maksimlə bağlı problem olmasaydı, Nərimanı həmin mövqeyə qoymazdıq. Üstəlik, Marko Veşoviç, Elvin Cəfərquliyevə bir qədər istirahət vermək istədim. Həsənzadə bacarıqlı futbolçudu. Gücü, sürəti var və hər mövqedə minimum tapşırığı yerinə yetirməyə çalışır”.
Qurban Qurbanov bombardirlik yarışında Nikolas Kanalesin 9 il əvvəlki 26 qolluq rekordunu yeniləmək üçün Musa Qurbanlıya gələcəkdə penalti vurmaq şansı tanımayacağını bildirib: “Yox, bir dəfə şans verdim, amma daha verməyəcəm” (gülür).
O, “Qalatasaray”la 26 martda deyil, başqa tarixdə, tam heyətlə qarşılaşmaq istərdinizmi” sualını belə cavablandırıb: “Şərtlə hər ikimiz üçün eynidir. Onların da bəzi futbolçuları milli komandaların düşərgəsində olacaq. Amma belə baxanda “Qalatasaray”da oynamayanlar daha adlı-sanlı futbolçulardı. Biz tərəfdən ciddi problem görmürəm. Təbii ki, tam heyətin sərəncamımda olmasını istərdim. Lakin bu, elə bir oyundur ki, biz bu təklifə ən sıx qrafikdə belə yox deməzdik. Çünki bilirsiniz ki, bu matçdan əldə olunacaq gəlir zəlzələdən zərər görən insanlara göndəriləcək. Onu da unutmayaq ki, “Qalatasaray” kimi böyük klubların hər dəfə boş vaxtı olmur. Bəlkə də oyunun məhz indi keçirilməsi hər iki tərəf üçün daha faydalıdı”.
Qurban Qurbanov “Qalatasaray”a qarşı yaxşı oyun sərgiləmək istədiklərini bildirib: “Deməzdim ki, nəticə önəmli olacaq. Amma “Qalatasaray”a qarşı yaxşı oyun sərgiləmək istəyirik. Komanda bunun arzusudur. Çalışacağıq ki, yaxşı oyunla azarkeşlərimizi sevindirək, hər iki tərəfin fanatları razı qalsınlar. Məncə, Türkiyədən azarkeşlər gəlməsə belə, stadiona toplaşanların yarısı “Qalatasaray” azarkeşi olacaq. Bilirəm ki, ölkəmizdə “Qalatasaray” fanatlarının sayı çoxdu”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”