9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

UEFA rəsmisi: “Azərbaycan millisi potensialını tam göstərə bilmir”

“Azərbaycan millisi potensialını hələ tam göstərə bilmir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu UEFA-nın Milli Assosiasiyalar departmentinin nümayəndəsi Jozef Kliment AFFA-nın Hesabat Konfransında deyib.

Kliment Azərbaycan millisinin çıxışına, eyni zamanda “Qarabağ”ın avrokuboklardakı nəticələrinə toxunub: “Qarabağ” çox yaxşı mübarizə aparır. Onları təbrik edirəm. Milli komanda isə Canni De Byazinin rəhbərliyi altında UEFA Millətlər Liqasında yaxşı nəticəyə imza atdı və mənim ölkəmin komandasını - Slovakiyanı məğlub etdi. Komandanıza AVRO-2024-ün seçmə mərhələsində uğurlar arzulayıram”.

Qitə futbol qurumunun nümayəndəsi qeyd edib ki, həm COVİD-19 pandemiyası dövründə, həm də qısa zaman öncə Türkiyədə baş vermiş zəlzələ zamanı UEFA bütün milli federasiyalara kömək üçün müraciət etdi və ilk reaksiya verənlərdən biri də AFFA oldu: “Bunun üçün UEFA prezidenti Aleksandr Çeferin şəxsən təşəkkürünü bildirdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30