Ölkə futbolu
Rəşad Sadıqov: "Rəqib qapımıza zərbə endirmədən 2 qol vurdu"
"Növbəti maraqlı oyunlarımızdan biri keçdi. Düşünürəm ki, azarkeşlər üçün də maraqlı qarşılaşma alındı. Təbii ki, qələbə qazanmağa köklənmişdik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Şamaxı" ilə 2:2 hesabı ilə heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis heç nədən qapılarında 2 qol gördüklərini bildirib: "Oyunun ümumi mənzərəsi qələbə qazanacağımıza yaxın kimi görünürdü. Elə oldu ki, qapımıza zərbə endirmədən rəqib iki qol vurdu. "Şamaxı"nın bir zərbəsini xatırlamıram. Futbolçular böyük sarsıntı yaşasa da, özlərində güc tapdılar, hesabı bərabərləşdirdilər. Heçnədən 2 qol buraxdıq. Sonra qol epizodlarımız, çoxsaylı hücumlarmız oldu Amma fərqlənərək hesabda irəli çıxa bilmədik. Oyunun gedişatı elə gedirdi ki...Qapına zərbə yoxdursa,i ki qol buraxırsansa, məğlub olmağa məhkumsan. Şükürlər olsun ki, belə gedişata baxmayaraq bir xal qazandıq. Futbolçularıma sona qədər apardıqları mübarizəyə görə təşəkkürümü bildirirəm"- deyə o bildirib.
Mütəxəssis çempionatın aşağı pillələrindəki rəqabətin avrokubok mübarizəsinə təsir edib-etməyəcəyi ilə bağlı söyləyib: "Çempionat elə səviyyəyə gəlib ki, həqiqətən asan oyun yoxdur. Özünüz də şahidi olursunuz. Hər bir rəqib digərindən səfərdə və ya evdə xal ala, qələbə qazana bilər. Xüsusilə də aşağı pillələrdə baş verən hadisələr oyunların gərginliyini bir az da artırır. Matçlar bir az da çətinləşir. Buna baxmayaraq, biz öz işimizi görməliyik, öz hədəflərimiz var. Bu gün futbolçularımdan narazı ola bilmərəm. 90 dəqiqə ərzində üstünlük bizdə idi, oyuna dominantlıq etdik, hücumlar qurduq, pressinq tətbiq etdik, qollar vurduq. Təəssüflər olsun ki, buraxdığımız qollar oldu. Belə buraxılan qolları anlamaqda çətinlik çəkirəm. Qapımıza penalti verildi, avtoqol oldu. Futbolçularım birinci qolun sarsıntısında idik, ikinci qolu buraxdıq. Amma həqiqətən qapımıza zərbə vurulduğunu xatırlamıram. Belə olan halda da, bir xal da qənimətdir".
R.Sadıqov mövsümün gedişində İlkin Muradov və Təmkin Xəlilzadəni əvəzedici heyətə göndərib, sonradan geri qaytarması, qışda isə Nemanya Andelkoviçi komandadan göndərib, sonra geri qaytarmasının səbəbləri ilə əlaqədar deyib: "Çempionatın ilk hissəsinin sonunda oturduq söhbətləşdik və qarşılıqlı şəkildə yollarımızı ayırmaq qərarını verdik. Elə şeylər var ki, hamısını açıq şəkildə deməyəcəm. Futbolu sevə-sevə oynamışam. Bəzən hansısa qərar qəbul edirsən, futbolçunun düşdüyü duruma, vəziyyətə baxırsan... Bəzən qərarımı dəyişirəm. Futbolçulara anlayış göstərib, həmin addımı atıram. Yoxsa, ilk dövrədən sonrakı, mövsümün əvvəlindəki qərarlarım bəlli idi. Sadəcə olaraq, futbolçular özlərinə klub tapmaqda çətinlik çəkdilər. Ondan sonra fikrimi dəyişdim. Andelkoviçlə mövsümün sonuna qədər bizimlə birlikdə olacaq və duruma görə qərar qəbul edəcəyik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
09:45
Sumqayıtlı millət vəkili “Sumqayıt”ın uğuru barədə: “Hər birimiz qürurluyuq”
-
09:31
Azərbaycanın daha bir idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
22:55
"Qəbələ"nin müdafiəçisi əməliyyat olundu
-
20:41
“Turan Tovuz” Ayxan Abbasovla yollarını ayırdı
-
17:16
"Səbail"də ilk ayrılıq yaşandı
-
17:02
Çerçesov: "Azərbaycan millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar"
-
16:24
“Qarabağ” - “Zirə” finalına doğru: 37-ci matç
-
15:57
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
-
15:19
Qazaxıstanın Azərbaycanla oyun üçün heyəti açıqlandı
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO