8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Vüqar Mustafayev 200-ə çatdı

Azərbaycan Premyer Liqasının XXIV turu Vüqar Mustafayev üçün əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt”ın müdafiəçisi çempionatda 200-cü matçını keçirib.

29 yaşlı futbolçunun yubileyi “Kəpəz”lə ev görüşünə (1:2) təsadüf edib. O, Premyer Liqadakı 200 oyunda 2 qol vurub.

Mustafayevin debütü 2013/14 mövsümündə “Bakı”da gerçəkləşib. O, Premyer Liqada 5 klubun formasını geyinib. Müdafiəçi paytaxtın eyniadlı klubunda 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da 87 oyun keçirib. Vüqar “Qarabağ” və “Zirə”də qol vurub (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30