8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Şahin Diniyev: "Qəbələ"yə qarşı oynamaq mənim üçün xoşdur"

"Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən bir oyun oldu. Azarkeşlər üçün maraqlı, bol qollu matç keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz sonuncu yerdəyik, onlar ön sıralarda. "Qəbələ"yə qarşı belə futbol oynamaq mənim üçün xoşdur. Komanda hər həftə daha yaxşı futbol oynamağa çalışır. Hər iki komanda qələbəyə layiq idi. Biz üç xala yaxın idik. Asan qollar buraxmağımız məni narahat edir. Bunu yavaş-yavaş düzəltməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 24-cü turunda "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Komandanın olduğu yer bizi sıxır, futbolçular təzyiq altındadırlar. Nə qədər motivasiya versək də, oyunçular turnir cədvəlinə baxanda sıxılırlar. Uduzmaq qorxusu hələ ki, onların içindən çıxmayıb. Artıq itirəcəyimiz bir şey qalmayanda özünəinam qayıtdı. Əvvəl çəkinə-çəkinə oynayırdıq. Məşqçi olaraq mənim də üzərimdə təzyiq var" - deyə o bildirib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30