8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Gent”in müdafiəçisi: “...qələbə qazandığımızı bilmirdim”

“Penalti zərbəsindən sonra hamı yanıma gələnə qədər qələbə qazandığımızı bilmirdim”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Belçikanın “Gent” klubunun futbolçusu Sedrik Van Dele UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qalib gəldikləri cavab oyunu barədə danışarkən deyib.

23 yaşlı sol cinah müdafiəçisi penaltilər seriyasında özü son zərbəni vurmaq istədiyini bildirib: “Baş məşqçi penaltilər seriyasında məndən vurmaq istəyib-istəmədiyimi soruşdu. Hətta beşinci penalti vuran olmaq istədim. Çünki o, həlledici zərbə idi. Özümə əmin idim”.

Qarşılaşmanın 118-ci dəqiqəsində penalti yerinə yetirmək üçün meydana daxil olan Van Dele həmin vaxt həyəcanlı olduğunu söyləyib: “Ürək döyüntülərim çox yüksək idi. Bu üzdən bir az gərginlik var idi. Amma diqqətimi tam cəmləmişdim, yalnız komandama xeyir vermək istəyirdim. Adətən penaltiləri yaxşı yerinə yetirirəm. Yenə özümü əmin edirdim”.

Qeyd edək ki, Bakıda 0:1 hesabı ilə məğlub olan “Gent” öz meydanında eyni hesabla qalib gəldiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Belçika klubu (5:3) mərhələ adlayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30