8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Gent"in qapıçısı: "Penaltilər seriyasında komandama çox güvənirdim"

"Penaltilər seriyasında özümüzə çox güvənirdim".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Gent"in qapıçısı Deyvi Rof Belçikada "Qarabağ"a qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

29 yaşlı qolkiper bütün komanda yoldaşlarının zərbələri dəqiq yerinə yetirdiyini xatırladıb: "Sadəcə, mən birini dəf etməli idim. Bu həftə penaltilər üzərində məşq etməmişdik. Amma oyunçular onu mükəmməl yerinə yetirdilər".

Belçikalı oyunçu ilk hissədə oyunlarının alınmadığını söyləyib: "Çox risk etmək istəmirdik. Ancaq ikinci yarı bizim üçün daha yaxşı keçdi və sonra üstünlüyü ələ ala bildik".

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:0 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında "Gent" "Qarabağ"ı üstələyib - 5:3. Bakıdakı ilk görüşdə "köhlən atlar" rəqibini məğlub etmişdi - 1:0.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30