8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qarabağ"dan təklif gələndə zarafat olduğunu düşündüm"

"Qarabağ"ın albaniyalı yeni transferi Redon Cica ölkəsinin mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Ağdam klubuna keçidi barədə növbəti dəfə danışıb:

"Qarabağ"dan təklif gələndə bunun zarafat olduğunu düşündüm. Bir gün agentim dedi ki, artıq müqavilə imzalanıb. Bundan sonra hər şeyin ciddi olduğunu başa düşdüm. Düzgün seçim etdiyimi düşünürəm. Çünki "Qarabağ" Avropada tanınmış komandadır. Azərbaycanda isə bir nömrədir".

Cica Azərbaycan və Albaniya futbolunu müqayisə edib: "Burada futbol daha sürətli və texnikalıdır. Albaniyada isə çox vaxt heç-heçəyə oynayırlar, sürət aşağı olur. Azərbaycan Premyer Liqasında oyun tempi yüksəkdir. Buna görə də meydanda daha çox boş sahə tapmaq olur. Bu mənada, iki ölkə futbolu arasında böyük fərq var".

Redon Cica Konfrans Liqasında Belçika "Gent"inə qarşı  pley-off oyunu barədə isə deyib: "Fərqli emosiyalar yaşadım. Mən meydana çıxanda komandamız hesabda öndə idi. Ona görə də daha təmkinli oynadıq. İki dəfə qol vurmaq üçün şansım oldu. Birində top qapı tirinə dəydi. Şans mənim tərəfimdə deyildi. Odur ki, edə biləcəyim bir şey yoxdur. İnanıram ki, tezliklə qollarımı vuracağam".

Qeyd edək ki, "Qarabağ" bu qış Redon Cica ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30