Ölkə futbolu
Sayef: “Təəssüf ki, “Gent” “Qarabağ”a qol vura bilmədi”
"Neftçi"nin futbolçusu Kenni Sayef ötən həftə Bakıda "Gent"in baş məşqçisi Heyn Vanhazebruk ilə görüşüb. Görüş Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la matçdan əvvəl baş verib.
Futbolxeber.az saytının məlumatına görə, bu barədə futbolçu özü Belçikanın "Nieuwsblad" nəşrinə müsahibəsində bildirib.
29 yaşlı yarımmüdafəçi 2014-18-ci illərdə "Gent"də çıxış edib. Onun görüşünə də keçmiş klubu ilə yaxınlığı səbəb olub.
"Mən futbolçularla görüşüb onların hazırlığına mane olmaq istəmədim. Amma baş məşqçi və onun heyəti ilə bir araya gəldim. Mən indiyə qədər də Daniel Miliçeviçlə ("Gent"in məşqçisi) danışıram. Biz əsl dostlarıq. Odur ki, onu yenidən görmək xoş oldu", - deyə Sayef bildirib.
Amerikalı oyunçu "Qarabağ"ın "Gent"ə 1:0 hesabı ilə qalib gəldiyi görüşü izlədiyini də söyləyib: "Əlbəttə, oyuna baxdım. Birinci hissədə "Gent"in bir neçə yaxşı imkanı oldu. Təəssüf ki, onlar qol vura bilmədilər. Səfərdə "Qarabağ"a 0:1 hesabla uduzmaq pis nəticə deyil. "Nant" burda (Bakıda) ciddi məğlubiyyətlə üzləşdi. Əlbəttə, "Gent"in mərhələ adlamaq şansı var. Onlar öz meydanında, azarkeşləri önündə böyük uğur qazana bilirlər".
Sayef "Qarabağ"a ehtiyatla yanaşmağın vacibliyini bildirsə də, "Gent"ə inandığını da söyləyib: "Onlar bu mövsüm nəyə qadir olduqlarını göstəriblər. Amma mən əvvəlkitək "Gent"ə, baş məşqçi Heyn Vanhazebruka inanıram. Siz güvənin ki, o, vəziyyəti dəyişmək üçün taktiki variantlar düşünəcək. Azarkeşlərinin dəstəyi sayəsində isə "Gent" çox şey edə bilər. Mən orada oynayanda bir çox komandanı məğlub etmişik. İndi "Gent" niyə də "Qarabağ"a qalib gəlməsin?"
Sayef özünün hazırkı karyerası barədə də danışıb: "Burada çox çalışır, tənbəllik etmirəm. Son illər aldığım zədələrdən sonra indi karyeramda yaxşı bir mərhələdir. Ümid edirəm ki, bir gün Belçikaya qayıdacağam. Hazırda fevral ayıdır. Mənim hesabımda 7 qol və 8 qolun ötürməsi var. Hamıya sübut etmək istəyirəm ki, yenidən formadayam. Şükür ki, iki ildir zədəm yoxdur, sağlamam".
Xatırladaq ki, "Qarabağ"la "Gent" arasında cavab görüşü fevralın 23-də Belçikada keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”