8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Qurban Qurbanov: “Oyun heç-heçəyə gedirdi”

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Bərabərlik də pis nəticə olmazdı. Oyun ona gedirdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "Qol imkanlarımız çox olmadı. Rəqib çox yaxşı hazırlaşmışdı. Bütün oyunçuları diqqətli və düzgün analiz etmişdilər. İmkan vermədilər ki, o qədər də baxımlı oynayaq. Mübarizədən xoşum gəldi. Futbolçularım sona qədər mübarizə apardılar, durmadılar. Çox vacib üç xal qazandıq. Rəşada uğurlar arzu edirəm".

Qurbanov bir vaxtlar "Qarabağ"da işləmiş, hazırda "Sautgempton"da baş məşqçisi olan  Ruben Sellesin ondən çox şey öyrənməsi haqda verdiyi açıqlamasına münasibət bildirib: "Çox da dərinə getmək istəmirəm. Ona təşəkkür edirəm ki, burada ümumi işimizi dəyərləndirib. Mən tək deyildim, burada birlikdə idik. Müzakirələrimiz olurdu. Futbolçuların fiziki durumunu yaxşı səviyyəyə gətirib çıxarmağı düşünürdük. Mənim üçün xoşdur. Özümə görə yox, "Qarabağ" və Azərbaycanın adının çəkilməsinə görə şadam. Hazırda İngiltərədə baş məşqçi funksiyasını yerinə yetirir. Ona uğurlar arzulayıram. Özüm haqda heç düşünmürəm. Azərbaycan və "Qarabağ" haqda suallar səslənməsinə sevindim".

Qurbanov "Gent"lə səfərdəki oyunda Musanı əsas heyətdə görəcəyikmi" sualını cavablandırıb: "Qəti qərar verməmişəm hansı heyətlə oynayacağımıza. Musa daha az oynayanlardan idi. Bu gün sona kimi oynatmadım. Matçın gedişatına görə belə addım atdıq. Ramil çox yorulmuşdu. Hücumçu kimi Musanı oynatmağa məcbur idik. Qarşıda bir neçə günümüz var. Qərar verəcəyik".

Təcrübəli mütəxəssis yeni transferlərdən də danışıb: "Öz optimal formalarından uzaqdırlar. Qarşıdakı matçlarda oynayacaqlar. Vaxt lazımdır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30