Ölkə futbolu
Qurban Qurbanov: "Bu qələbə gələcək üçün vacib idi"
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün nəticə, oyun öz yerində, meydanda sona qədər mübarizə aparan komanda görmək istəyirdim. Bunu da gördüm. Böyük təşəkkürümü onlara bildirdim. Bu gün azarkeşlərimiz bu cür soyuq havada, sizlər gecənin bu vaxtında yanımızdasınız. Pley-off mərhələsində ilk qələbəmiz idi. Bu, gələcək üçün vacib idi. Futbolçular üçün də, klub üçün də çox önəmli idi. İkinci matçın nəticəsindən asılı olmayaraq belədir”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasını pley-off mərhələsində "Gent"ə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Dinamik, bərk komandaya qarşı oynayırdıq. Belə rəqiblərlə oynamaq hər zaman xoşdur. Öz meydanlarında nə etmək istədiklərini yaxşı bilirdilər. Çox sürətli idilər. Bu cür rəqiblərlə oyunlar böyümək üçün fürsətdir, şansdır. Bu şansdan istifadə etdik. Belə rəqibə qarşı sona qədər dözürüksə, futbolçularda inam çoxalır. Klubun böyüməsi baxımından çox önəmli oyun idi. Cavab matçı var. Qarşıdakı vaxtda bu görüşü analiz edib, hazırlaşacağıq", - deyə Qurbanov bildirib
O, yeni transferlərin hər birinin oyunundan razı qaldığını vurğulayıb: "Əlbəttə ki, bu gün tam istədiyim performansda deyillər, optimal formalarından uzaqdırlar. Vaxt lazımdır. İşlər heç də pis getmir. Çox məsuliyyətli futbolçulardır. Meydanda olanlar qələbə üçün var güclərini qoydular".
Təcrübəli mütəxəssis ilk hissədə çox da risk etmədiklərini söyləyib: "İkinci hissə bəzi gedişatlar etdik. Çünki rəqib 90 dəqiqə aqressiv pressinq edir. Onlarda geriyə addım yox idi, ancaq irəli gedirdilər. Ona görə uzun və ikinci top üzərində daha çox çalışmışdıq. Bu komandanın hücum potensialı çox yaxşıdır, bir-birilərini yaxşı anlayırlar. Çalışırdıq ki, rəqibi qapımızdan uzaq saxlayaq".
Baş məşqçi niyə Amini yox, Lukanı əsas heyətdə seçməsi ilə bağlı deyib: "Bəlkə də buna dəqiq cavab verə bilməyəcəm. Bəzən oyundan-oyuna hər oyunçunun psixoloji durumuna baxırsan. Futbolçu var, hansısa oyunda "yana" bilər. Bu, qarşıdakı matçlarda ona təsir edər. Əvvəlki oyunlarda Aminə üstünlük verdim. Oyunlar keçdikcə, bu qarşılaşma yaxınlaşdıqca, həyəcan çoxalırdı. Çox istəkli idi. Amma sonda qərar verdim ki, təcrübə daha çox rol oynasın. Aminə də güvənirik, qarşıdakı matçlarda oynamaq ehtimalı çoxdur. Xırda detallar var, deməməyim doğru olar. Bəzən qapıda dəyişikliklər etmişəm".
Q.Qurbanov penaltini düzgün yerinə yetirə bilməyən Ramil Şeydayev haqda deyib: "Onun psixoloi durumu indi normaldır. Oyundan çıxanda psixoloji durumunu düzəltməyə çalışdım. Ramil 7 penaltidən hamısından yararlanmışdı. Bəlkə 3-4-cü olsaydı, daha rahat vurardı. Futbolun özəlliklərindən biridir. Problem olmayacaq. Əksinə, çalışıb oyundan qol vurmaq lazımdır. Onun motivasiyası qarşıdakı görüşlərdə daha yaxşı olacaq. Penalti vurmaması ona daha çox faydalıdır".
Mütəxəssis "sizcə, Andrade Kadinin boşluğunu doldura bilir?" sualını belə cavablandırıb: "Heç vaxt olmayıb ki, hansısa gedən oyunçununu yerini kimsə doldurur və ya doldumur deyim. Mən həmişə istəmişəm ki, futbolçularımın hamısı sağlam olsun. Bu gün heyətə baxsaq, çox dəyişiklik var idi. Kevin Medina yox idi, Kadi, Ovusu, Vadji gedib, Ozobiç özünə yeni gəlib. Tək Kadi deyil, dəyişikliklər çoxdur. Kadinin hansı üstün cəhəti var idisə, ondan istifadə edirdik. İstəməzdim ki, hansısa futbolçumu yuxarıda tutum, hansınısa aşağıda. Kadidən də razı idim, Andradedən də razıyam. Mənim üçün önəmli olan bu oyunda tempə dözmək, rəqibdən çəkinməmək idi. Bəzi texniki səhvlər var idi. Andrade cavan oyunçudur. Daha çox oynaması lazımdır. Bu oyunlar onun üçün də təcrübədir. Leandrodan razı qaldım. Kadi ilə onu müqayisə etmək istəməzdim".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”