8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Gent”in kapianı: “Göstərdik ki, "Qarabağ"ı məğlub edə bilərik”

"Gent"in (Belçika) kapitanı Sven Kums Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a Bakıda uduzduqları ilk matç (0:1) haqqında danışıb.

Futbolxeber.az saytının Belçika mətbuatına istinadən verdiyi məlumata görə, 34 yaşlı yarımmüdafiəçi Ağdam klubuna qalib gələ biləcəklərini deyib:

"Qarabağ" güclü komandadır. Biz bunu əvvəlcədən də bilirdik. Fasiləyədək oyun yaxşı gedirdi. Üstəlik, yaxşı şanslarımız oldu, təəssüf ki, qola çevirə bilmədik. Fasilədən sonra isə oyun xeyli dəyişdi. Rəqib bizi geri çəkilməyə məcbur etdi. Hücumları çətinliklə dəf etdik. Özümüz isə dəqiq zərbə vura bilmədik. Biz topu itirdikdən sonra rəqib ildırım sürəti ilə hücuma keçirdi. Fasilədən əvvəl göstərdik ki, bu rəqiblə ayaqlaşa və həqiqətən də "Qarabağ"ı məğlub edə bilərik".

Futbolçu komandasının qapısına təyin olunan penalti barədə də danışıb: "Hakim mənə dedi ki, bu, həqiqətən də dəstək qoludur, amma bədəndən xeyli aralanıb. O, birinci hissədə bizim xeyrimizə penalti təyin etmək istəmədi. Halbuki Bruno Qodoya qarşı açıq-aşkar qayda pozuntusu var idi. Rəqibin yerinə yetirdiyi penalti zamanı isə qapıçımız Deyvi Rof əla seyv etdi".

Kums fevralın 23-də Belçikada keçiriləcək cavab oyunu haqda da danışıb: "Vəziyyəti düzəldə bilərik. Şübhəsiz ki, azarkeşlərimizin dəstəyi ilə evdə qalib gəlmək şansımız var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30