8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"ın futbolçusu həftənin ən yaxşısı adına namizəddi

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, siyahıda "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

Digər 3 namizəd isə "Fiorentina"dan Luka Yoviç, Kiprin AEK-indən Anxel Qarsiya və "Trabzonspor"dan Trezegedir.

Qeyd edək ki, Yankoviç ötən gün Bakıda "Gent"ə (Belçika) 1:0 hesabı ilə qalib gəldikləri matçda qol ötürməsi edib. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30