8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Gent”in üzvü: “Qarabağ” Avropada elə də səs-küylü komanda deyil”

"Gent"in futbolçusu Alessio Kastro-Montes Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə danışıb.

Futbolxeber.az saytının Belçika mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə qarşı oynamağın çətin olacağını deyib:

“Qarabağ”dan heç bir futbolçunu tanımıram. "Qarabağ" Avropada elə də səs-küylü komanda deyil. Amma onlara qarşı oynamaq çətin olacaq. Bakıda qələbə qazanmaq isə daha çətindir. “Qarabağ”ın güclü tərəflərini bilirik. Bu mövsüm heç bir Avropa komandası xüsusi uğur qazana bilməyib. Ancaq nə edəcəyimizi bilirik”.

Qeyd edək ki, "Qarabağ" və "Gent" arasında ilk matç bu gün olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması fevralın 23-ü Belçikada oynanılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30