9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"İnanıram ki, bu sponsorluqla "Turan Tovuz" əvvəlki kimi iddialı olacaq"

“İlk növbədə Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Tovuzda hər zaman futbola böyük maraq olub. İstedadlı futbolçular yetişib. SSRİ vaxtında hələ “Neftçi”də tovuzlu futbolçuların sayı heç də az deyildi. Tovuz hər zaman Azərbaycan futboluna öz töhfəsini verib. Azərbaycanda ilk peşəkar klub da məhz “Turan Tovuz” olub”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Rəşid Məhərrəmov deyib. 

“Huner Group”la Tovuz klubu arasında sponsorluq müqaviləsinin imzalanması mərasimində çıxış edən klub rəsmisi “Turan Tovuz”un yenidən iddialı olacağına inandığını bildirib:  

“2019-cu ildə Tovuzda futbol akademiyası yaradıldı. 250 gənc burada futbolun sirlərinə yiyələnir. 28 məşqçi onlarla hazırlıq keçir. Bu mövsüm 9 ildən sonra “Turan Tovuz” Premyer Liqaya qayıtdı. Rəhbərliyin, Futbolun İnkişaf Fondunun səyi nəticəsidə komanda bu gün çempionatda altıncı yeri tutsa da, kjubokda yarımfinla adlayıb. “Huner Group” Futbolun inkişaf Fondunun səyləri nətciəsində "Turan Tovuz"la əməkdaşlığa başlayır. İnanıram ki, “Turan Tovuz” əvvəlki kimi iddialı olacaq və Azərbaycsnı yenidən Avropada təmsil edəcək”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30