9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Regekampf: “Oyundan oyuna futbolçuların inamı artır”

“Bizim üçün yaxşı oyun oldu. Əvvəldən sona qədər nəzarət bizim tərəfimizdə idi. Şanslar zamanı daha konsentrasiyalı olmalı və ötürmələri daha tez etməliyik. Hesaba görə o qədər də emosiyalarım çox olmadı. Bu cür davam etməliyik. Artıq ikinci oyundur, eyni heyətlə çıxış edirdik. Bu, komanda üçün çox müsbət haldır. Belədə, futbolçular bir-birlərini daha yaxşı tanıyırlar və oyunumuz yaxşılaşmağa doğru gedir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 21-ci turunda "Sumqayıt"a qalib gəldikləri matçdan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

Regekampf rəqibin çalışdırıcısı Samir Abasovun oyundan sonra səsləndirdiyi fikirlərə də toxunub. S.Abasov öz komandasının "Neftçi"dən daha yaxşı çıxış etdiyini bildirib. Regekampf isə deyib: "Buna nə cavab verim? Belə sözləri şərh edə bilmərəm. Oyuna baxmalı və nəticəni görməlisiniz. Bu, onun fikridir və hörmətlə yanaşmalıyıq".

Rumın mütəxəssis komandasının üzvü Azər Əliyevin oyunu barədə danışıb: “Düşünürəm ki, Azər mərkəzdə oynaya bilər. Daimi çıxış etdiyi mövqe sol cinahdır. Orada bizim üçün yaxşı oyunlar keçirib. Eddi bizimlə olmadığı üçün yerli oyunçuya ehtiyacımız var. Məncə, hazırda onu mərkəzdə oynatmaq ən yaxşı çıxış yoludur. Azərin oyunundan razıyam. İkinci oyundur bu mövqedə oynayır və qələbə qazanırıq. “Sabah”a uduzmuşduq. Təlim-məşq toplanışından yeni qayıtmışdıq. Bizim üçün çətin oldu. Amma oyundan oyuna futbolçuların inamı artır və bir-birlərini daha yaxşı anlayırlar".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30