8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Millimizdən imtina edən futbolçu: “Qarabağ” ÇSKA-dan zəif deyil”

Rusiyanın "Rodina” klubunun yarımmüdafiəçisi Ruslan Fişşenko Azərbaycan millisində oynamaqdan imtina edib. 

Futbolxeber.az-ın məlumatına görə, atası Azərbaycanda doğulan 22 yaşlı oyunçu birinci liqa təmsilçisinin saytına açıqlamasında bu barədə danışıb. 

Moskva ÇSKA-sının adakemiyasında yetişən futbolçu aşağı yaş qrupunda oynadığı "Qarabağ"dan da söhbət açıb:

"Mən indi də hesab edirəm ki, “Qarabağ” ÇSKA-dan zəif deyil. Komanda mütəmadi olaraq avrokuboklarda çıxış edir, orda vaxt keçirmir, həqiqətən oynayır. ÇSKA-dan sonra “Qarabağ”a getdim (aşağı yaş qrupu-red). Mənə əvvəlcə yoldaşlıq görüşündə Azərbaycan millisində çıxış etməyi təklif etdilər. Rəsmi formada oynaya və vətəndaşlıq ala bilərdim, amma həmişə oynamağa can atdığım Rusiya Premyer Liqasında legioner olmaq istəmirdim".

O,  Rusiya millisində oynamaq istədiyini vurğulayıb: "Bəli, Azərbaycan yığmasında iki yoldaşlıq görüşündə oynamışam, amma bu, mənə heç bir şəkildə təsir etmir. Mən Azərbaycan millisinə sonuncu dəfə yayda çağırıldım, amma indiyə qədər bundan imtina edirəm, çünki Rusiyada məqsədlərimə çatmaq istəyirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30