8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Regekampf: "Məqsədimiz kuboku qazanmaq və..."

“Oyuna çox pis başladıq. Rəqibə böyük hədiyyə elədik. Bu cür penalti yolverilməzdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının XIX turunda "Sabah"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis rəqibin vurduğu ikinci qolun yolverilməz olduğunu bildirib: "2-ci qoldan sonra dönüş etmək çətin oldu. Kiçik şansımız oldu, bundan da yararlana bilmədik. Ondan sonra da oyun bizim üçün bitmişdi. Bu gün bizim günümüz olmadı. Təlim-məşq toplanışı dövründə zədə ilə bağlı problemlərimiz oldu. Bir növ bəxtsizlik yaşadıq. Zədəlilərimizin tezliklə komandaya qayıtmalarına çalışırıq. Həmçinin, yeni gələnlərin tez uyğunlaşmalarını istəyirik. Onlar komandaya gec qoşuldular. Komandada bu cür oyunçuların olmasına çox sevinirəm".

Rumın mütəxəssis qarşıdakı günlərdə daha bir transfer edəcəklərini söyləyib: "Güclü heyət qurmağa çalışırıq. Məqsədimiz kuboku qazanmaq və yayda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır".

48 yaşlı məşqçi matçın baş hakimi Əliyar Ağayevin idarəçiliyindən narazılıq etməyib: "Məşqçi kimi aqressiv olursan, bəzən komandanın xeyrinə qərar istəyirsən. Hakimlik yaxşı idi".

Regekampf əsas rəqibləri "Sabah" və "Qarabağ"la oyunlardakı məğlubiyyətlərlə bağlı sualı belə cavablandırıb: "Güclü olmaq üçün əziyyət çəkməlisən. "Qarabağ" da ilk illərində heyətin formalaşması üçün çalışdı. Bizə də vaxt lazımdır. Ötənilki "Sabah"la builki "Sabah" arasında da böyük fərq var. Onları məğlub etmək üçün çox yaxşı olmalısan. Rəqiblə bir matçımız qalıb. Həmin görüşə də hazır olmalıyıq".

O, Qodsvey Donyo və Yusuf Lavalın komandadan ayrılmasına da münasibət bildirib: "Lavalın müqaviləsinin sonuna 6 ay vaxt qalmışdı. Sözləşməsini yeniləmək istədik, qəbul etmədi. Toplanış zamanı bunu bacaracağımızı düşünürdük. Amma artıq Portuqaliya klubu ilə anlaşmışdı"

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30