Ölkə futbolu
Elmar Baxşıyev: "İkinci hissədə istədiyim "Qəbələ"ni gördüm"
Azərbaycan Premyer Liqasının XIX turunun açılış matçında "Qəbələ" Gəncə səfərində xal itirib - 2:2.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Kəpəz"lə heç-heçəni belə şərh edib:
"Bilirdik ki, bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuz ağır olacaq. Ona görə ki, "Kəpəz" yaxşı təşkilatlanmış komandadır. Heyıətlərində də güclü və maraqlı futbolçular var. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Oyun ritmini qapımıza təyin olunan ilk penalti ilə itirdik. Lakin komandam xarakter nümayiş etdirdi. İkinci hissədə istədiyim "Qəbələ"ni gördüm".
Elmar Baxşıyev qeyd edib ki, komandası matçın gedişini əvəzetmələrlə dəyişməyib: "Rafael Antaylada komanda ilə hazırlıq keçməsə də, fərdi hazırlıq keçib. Oyunun ritmini əvəzetmələrlə dəyişmədik. Sadəcə futbolçular düzgün reaksiya verib, ikinci hissədə daha aqressiv oynamağa çalışdılar. Bizim komandada ehtiyat və əsas heyət üzvü yoxdur. Hər kəs üzərinə düşənin artığını etməyə çalışır".
"Qəbələ"nin çalışdırıcısı meydanın durumuna da toxunub: "İlk hissədə ağır görsənməyimizin bir səbəbi də meydanda amilidir. Qazon kənardan yaxşı görsənsə də, çox ağırdır. Hətta dünən oyunöncəsi məşqdə 2 futbolçumuzu Asif Məmmədov və Andrey Strijakı itirdik. Adi epizodda zədə aldılar. Bütün bunları nəzərə alaraq, ağır oyun olacağını təxmin etmişdik. Lakin hər iki komandanın futbolçularına alqış düşür ki, yaxşı, dinamik oyun sərgilədilər".
"Qəbələ"nin çalışdırıcısı yeni transferin olmaması ilə bağlı sualı belə cavablandırıb: "Transfer məsələsində yenilik yoxdur. Mən də heyətin müəyyən dərəcədə geniçş olmasını istərəm. Lakin hələlik büdcədə bir yenilik olmadığı üçün transfer də reallaşdıra bilməmişik".
O, ilk dəfə baş məşqçi kimi səfər etdiyi Gəncədəki futbolçu atmosferi barədə deyib: "Gəncədə futbol fərqlidi. Yerli azarkeşlər futbolu anlayırlar. Futbol şəhəridi, amma şərait baxımından daha çox şey düzəlməlidi".
Mütəxəssis hakimlərin idarəçiliyi barədə çox danışmaq istəmədiyini vurğulayıb: "Hakimin üzərində çox dayanmaq istəmirik. Lakin birinci penalti epizodunda futbolçumuz qəsdən kobudluq etməmişdi. Futbolçu əlini açıb qaçmalıdı, gizlədə bilməz. Futbolçumun səmimiyyətinə də inanıram. Onun bilərəkdən kobud oynamaq fikri yox idi".
"Qəbələ"nin baş məşqçisi sona kimi avrokuboklar uğrunda mübarizə aparacaqlarını söyləyib: "Keçən mövsüm də heç kimi bizi iddialı hesab etmirdi. Lakin komandamız xarakter nümayiş etdirdi. Çalışacağıq ki, bu mövsüm də avrokuboklar uğrunda mübarizə aparaq. Hazırkı heyətimizi qorumaq istəyirik. Tıəklif olsa vbelə, futbolçularımız yola bizimlə davam edəcəklər. Hər iki cəbhədə sona kimi yarışacağıq. Sırf kuboka hazırlaşmaq fikrimiz yoxdur. Çempionatda da mübarizəmizi davam etdirəcəyik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi