Ölkə futbolu
“Master Cup” bort futbol festivalı keçirilib
“Sumqayıt” Futbol Klubunun təşəbbüsü ilə 2009, 2010 və 2012-ci il təvəllüdlü futbolçular arasında “Master Cup” bort futbol festivalı keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, 3 gün ərzində Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş festivalda ümumilikdə 300-ə yaxın futbolçu iştirak edib.
İlk yarış günündə 2010-cu il təvəllüdlü futbolçulardan ibarət komandalar meydana çıxıb. Reqlamentə əsasən 2 qrupun hər birində 4 komanda olmaqla keçirilən festivalın “A” qrupunda “Neftçi”, “Zəngəzur”, “Sumqayıt-1”, “Quba OİK”, “B” qrupunda isə “Sumqayıt City”, BFA, “Sumqayıt-2” və “Qəbələ” komandaları mübarizə aparıb.
Turnirin yarımfinalına “A” qrupundan “Neftçi” (3 oyun, 9 xal), “Sumqayıt-1” (3 oyun, 6 xal), “B” qrupundan isə “Sumqayıt City” (3 oyun, 9 xal) və “Sumqayıt-2” (3 oyun, 6 xal) vəsiqə qazanıb. Yarımfinalda “Neftçi” “Sumqayıt City” üzərində 8:0, “Sumqayıt-2” isə “Sumqayıt-1” üzərində 4:2 qələbə qazanmaqla adlarını finala yazdırıblar.
Final mərhələsində “Sumqayıt-2” “Neftçi”ni 4:3 hesabı ilə üstələyərək turnirin qalibi olub. Festivalın 3-cüsü isə “Sumqayıt City” üzərində 3:0 qələbə qazanan “Sumqayıt-1” olub.
Turnirin 2-ci günündə 2009-cu il təvəllüdlü futbolçuların oyunları baş tutub. “A” qrupunda “Qəbələ”, “Şamaxı”, “Sumqayıt-1”, “Ərgünəş”, “B” qrupunda isə “Səbail”, “Sumqayıt-2”, BFA və “Siyəzən” komandaları iştirak edib.
Yarımfinal mərhələsinə “A” qrupundan “Qəbələ”, “Sumqayıt-1”, “B” qrupundan isə “Səbail” və “Siyəzən” komandaları yüksəlib. Adıçəkilən mərhələdə “Sumqayıt-1” “Səbail”i 4:2, “Siyəzən” isə penalti zərbələrində “Qəbələ”ni 4:3 üstələyərək finala yüksəliblər. Finalda “Siyəzən”i 2:1 hesabı ilə məğlub edən “Sumqayıt-1” festivalın qalibi olub. Turnirin 3-cüsü isə “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazanan “Səbail” olub.
Sonuncu yarış günündə isə 2012-ci il təvəllüdlü futbolçular mübarizə aparıb. “A” qrupunda “Neftçi”, “Səbail”, “Sumqayıt-1”, “Metak”, “B” qrupunda “Zəngəzur”, “Sumqayıt-2”, “Xan” və “Siyəzən” komandaları çıxış edib.
Yarımfinala “A” qrupundan “Neftçi” və “Sumqayıt-1”, “B” qrupundan isə “Xan” və “Zəngəzur” kollektivləri yüksəlib. Bu mərhələdə “Sumqayıt-1” “Xan”ı 2:1, “Neftçi” isə “Zəngəzur”u 4:2 məğlub edərək, finala vəsiqə qazanan tərəflər olub.
Finalda “Sumqayıt-1” və “Neftçi” komandaları üz-üzə gəlib. Rəqibi üzərində 5:1 hesablı qələbə qazanan “Sumqayıt-1” turnirin qalibi adına yiyələnib. 3-cü yerin sahibi isə “Zəngəzur”u 2:0 hesabı ilə üstələyən “Xan” komandası olub.
Hər yarış gününün sonunda turnir iştirakçıları medallarla, qaliblər isə kuboklarla mükafatlandırıb.
Onu da qeyd edək ki, 3 gündə baş tutmuş 54 matçda qapılara ümumilikdə 326 top vurulub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
10:53
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
-
10:22
Elmar Baxşıyev “Araz-Naxçıvan”la yeni müqavilə imzaladı
-
10:04
Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
-
09:45
Sumqayıtlı millət vəkili “Sumqayıt”ın uğuru barədə: “Hər birimiz qürurluyuq”
-
09:31
Azərbaycanın daha bir idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
22:55
"Qəbələ"nin müdafiəçisi əməliyyat olundu
-
20:41
“Turan Tovuz” Ayxan Abbasovla yollarını ayırdı
-
17:16
"Səbail"də ilk ayrılıq yaşandı
-
17:02
Çerçesov: "Azərbaycan millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar"
-
16:24
“Qarabağ” - “Zirə” finalına doğru: 37-ci matç
-
15:57
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
-
15:19
Qazaxıstanın Azərbaycanla oyun üçün heyəti açıqlandı
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib