28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Neftçi”ni yeni transferi: “İnstaqramdakı bütün bu şərhləri görəndən sonra...”

"Astana" klubunun məşqçi heyəti ilə danışandan sonra qərar verdim. Razılığa gəldik ki, başqa yerə getmək mənim üçün daha yaxşı olar. Mən dərhal agentim və ailəmlə danışdım. Haradasa, bir gün son agentim zəng eləyib "Neftçi"dən təklif olduğunu dedi. Buna çox sevindim. Çünki "Neftçi böyük və tanınmış klubdur. Mənim "Neftçi"yə gəlməyim belə baş verdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Kilan Lebon klubun televiziyasına müsahibəsində deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, məqsədi klubun istəklərini həyata keçirməkdir: "Öz oyun üslubumla komandaya bacardığım qədər fayda vermək istəyirəm. İstəyirəm ki, həm klub, həm azarkeşlər, həm də bizim hamımız xoşbəxt olaq".

O, daha sonra vurğulayıb: "Əvvəlcə instaqramdakı bütün bu şərhləri görəndən sonra telefon əlimdəykən gülümsəyirdim. Çünki azarkeşlərin səni istəməsi çox yaxşı hissdir. Mən də öz növbəmdə azarkeşlərə demək istəyirəm ki, meydanda əlimdən gələnin ən yaxşısı etməyə çlışacağam. Oyunlarda ürəyimi qoyacağam. Çalışacağam ki, qol vurum, qələbələr qazanım və hər şeyə nail olum".

Qeyd edək ki,  K. Lebon "Neftçi" ilə 1,5+1 illik müqavilə imzalayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31