8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Hakimlərə hədə-qorxu gəldiyinə görə 5 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” - “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsi Mirhadi Abdullayev oyunun hakimlərini təhqir etdiyinə görə o, 3 oyun matçlardan kənarlaşdırılsın.

25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” - “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsi Həmid Əliyev oyunun hakimlərinə hədə-qorxu gəldiyinə görə o, 5 oyun matçlardan kənarlaşdırılsın. 

25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” - “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsləri tərəfindən edilən hərəkətlərə görə yalnız polisin müdaxiləsindən sonra hakimlərin meydanı tərk edə bilməsi və oyunun 1-ci hissə bitmədən yarımçıq dayandırılmasına görə “Lion” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilsin. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30