7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Regekampf: "Bu qələbə bizim üçün çox vacib idi"

"Yaxşı oyun oldu. 3 xal qazandıq. Bu qələbə bizim üçün çox vacib idi.   “Zirə” ilə 130 dəqiqədən artıq davam edən matçdan sonra meydana çıxdıq. Bərpa üçün az vaxtımız var idi. Bu matç da erkən saatda başladı. Nəticəyə görə çox sevinirəm. Bütün futbolçularımız ən yaxşısını etməyə çalışdı. Onlar döyüşdülər və qələbə qazandılar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Lautentsiu Regekampf AzərbaycanPremyer Liqasının 18-ci turunda "Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Ümid edirəm ki, qış fasiləsi bizə pis təsir etməz. Bu cür oyunlardan sonra 10 gün fasilə hamımıza yaxşı təsir edəcək. Qayıdanda daha güclü olmalıyıq. İnanıram ki, fasilədən yararlanacağıq. Zədəlilərimizin qayıdacağına ümid edirəm. Təlim-məşq toplanışından sonra daha güclü olacağımıza inanıram. Bəzi açar oyunçularımız bizimlə məşq edə bilmir. Keyfiyyətin artacağına ümid edirəm", - deyə o bildirib.

O, qışda komandadan gedənlərin çox olub-olmayacağı ilə bağlı söyləyib:  Bizə güclənməli olduğumuz mövqelərə oyunçular gətirmək lazımdır. Peşəkarıq. 3-4-dən artıq futbolçu dəyişə bilmirsən. Hər yeni gələn futbolçunun davamlılığa ehtiyacı var. Çalışmalıyıq ki, keyfiyyətimizə keyfiyyət qataq. Say xətrinə oyunçu gətirməyəcəyik. Komanda qurmaq üçün vaxt lazımdır. Futbolçular öyrəşməlidir. Sağlam atmosfer lazımdır ki, inkişaf etsinlər.

Mütəxəssis hansı mövqelərə transferlərin olması ilə əlaqədar deyib: "Bu, mənim işim deyil. Bu mövzuda danışa bilmərəm. Komanda rəhbərliyi ilə bu danışırıq. Müşahidə Şurası ilə də maliyyə baxımından müzakirələr gedib. Analiz edib, nələr edə biləcəyimizə baxacağıq. Bütün işimiz komandanın yaxşılığı üçün olacaq. Birdən-birə 10 oyunçunu dəyişəcəyimizi gözləməyin. Bu, peşəkar və sağlam iş olmaz. Razılıq olandan sonra məlumat ola bilər. Adlar, mövqelər açıqlamaq düzgün olmaz".

Regekampf bildirib ki, necə qol vurduqlarını analiz etməlidirlər: " Bu gün ilk qolumuzu xatırlayın. İrəlidə pressinq edib, topu almağaçalışdıq. Oyunçunun kefiyyyəti də rol oynadı. Eminin mükəmməl ötürməsini qeyd etmək lazımdır. Futbol fəslsəfəm çox sadədir. Topu rəqibdən çox tez almağa çalışırıq. Amma bunu tam aşılamaq üçün komanda daha əzmkar çalışmalıdır. İstədiyimiz səviyyəyə çatacağıq. Mövsümdən əvvəl istədiyimiz kimi hazırlaşmaq üçün çox vaxt olmadı. Ona görə indidən yay üçün də komanda quracağıq. Çalışacağıq ki, böyük dəyişikliklər etməyək. Yayda təlim-məşq toplanışına hazır şəkildə getmək istəyirik. Onda da avrokubokda qrup mərhələsində oynamağa ümid edə bilərik. Bizim planımız budur. Düşünürəm ki, doğru yoldur. Bu komanda ölkənin iki ən böyük komandası arasında olmalıdır. Hazırda “Qarabağ”la bizim aramızda fərq böyükdür. Çox danışmamalıyıq. Daha çox işləməli və çalışmalıyıq ki, istədiyimizi quraq. Geridən gələcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30