7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Felipe Santos: "Finala çıxacağımıza da inanıram"

"Qəbələ"nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin "Esportenewsmundo" nəşrinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi əvvəlcə ölkə kubokunda "Qarabağ"a qalib gələrək yarmfinala yüksəlmələri ilə bağlı danışıb.

O, finala vəsiqə qazanacaqlarına inandığını deyib: "Düşünürəm ki, bütün komandamız əla iş gördü. Finala çıxacağımıza da inanıram. Amma bunun üçün əvvəlcə yarımfinalda "Səbail"ə qalib gəlməliyik. Hədəfimiz Azərbaycan Premyer Liqasında yuxarı pillələrə yüksəlməkdir".

Santos "Qəbələ"dəki çıxışını da dəyərləndirib: "Bu mövsü yaxşı keçir. Meydanda komanda yoldaşlarıma kömək etdiyimə görə şadam. Üç fərqli mövqedə oynamağı bacarıram. Bu isə çox yaxşı haldır. Çünki rəqibdən və baş məşqçinin qəbul etdiyi taktikadan asılı olaraq sxemin dəyişməsinə fayda verə bilirəm".

Qeyd edək ki, Felipe Santos bu ilin yayından "Qəbələ"də çıxış edir. O, "Qəbələ"də 3 qol vurub və 8 məhsuldar ötürmə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30