7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Ayxan Abbasov: "Durumumuz yaxşı deyil"

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün yarımfinal həyəcanı yaşamaq istəyirdilər. Şadam ki, onlara bu sevinici yaşada biləcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında "Kəpəz"lə heç-heçə etdikləri cavab oyunundan (2:2, ilk oyun - 2:1) sonra təşkil olunan mətbuat konfransında deyib. 

O, görüşün çətin keçdiyini, lakin yarımfinala adladıqlarına görə sevincli olduqlarını bildirib: "Futbolçularımı təbrik edirəm. Çətin oyun idi. Rəqib də son oyunlarda yaxşı formada idi. Kubok çempionat oyunlarından fərqlənir. İlk dəqiqlələrdə qol vursaq da, rəqib üstünlüyü ələ aldı, qollar vurdu. İkinci hissədə demək olar ki, orta sahədə taktiki savaş gedirdi. Rəqibə ciddi qol şansı vermədik. "Qəbələ" ilə qarşıdan gələn oyuna hazırlaşacağıq. Durumumuz yaxşı deyil. Zədəlilərimizin sayı çoxaldı. Yorğunluq da var idi. Amma yenə də sevinirəm ki, Faiq Hacıyevə şans verdik və o, bundan yaxşı istifadə edir. Gənc futbolçular var, onlara da şans düşəcək".

Qeyd edək ki, "Turan Tovuz" yarımfinalda "Neftçi" - "Zirə" cütünün qalibi ilə qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30