7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

“Sumqayıt”ın üzvü Premyer Liqada meydana çıxan ən gənc futbolçu oldu

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Sumqayıt” - “Səbail” (2:0) qarşılaşması meydan sahiblərinin futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub. 

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi16 yaş 144 günlüyündə adıçəkilən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla Azərbaycan çempionatlarında debüt edib. 

Nihad, həmçinin cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.  

Xatırladaq ki, “Sumqayıt”ın tarixində Nihad Əhmədzadədən öncə Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Belə ki, baş məşqçi Samir Abasov 2017/2018 mövsümündə “Sumqayıt” FK-nı çalışdırarkən Səbuhi Abdullazadə komandanın heyətində debüt etməklə Premyer Liqanın tarixinə düşmüşdü. O zaman Səbuhinin 15 yaşı var idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30