8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Murad Musayev: “Səbail”ə qarşı oynamaq çətindir”

“Ardıcıl iki oyundur ki, kobud səhvlərə yol veririk. Bu da bizi azlıqda buraxır. Öz işimizi çətinləşdiririk. Matçın gedişində dəyişiklik etməyə məcbur qalırıq. Ən yaxşı oyunumuzu oynamadıq. Şadam ki, iki qol vuraraq cavab görüşünə ümidlərimizi saxladıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə uduzduqları (2:3) ilk oyun barədə danışarkən deyib. O, görüşdən sonra təşkil olunan mətbuat konfransında bu qarşılaşmanı təhlil edərək səhvlərindən nəticə çıxaracaqlarını bildirib:

"Biz başa düşməliyik ki, "Sabah" "Qəbələ"dən, "Nefçti"dən, "Zirə"dən yüksək və aşağı deyil. Biz işimiz və intizamımıza görə yuxarıdayıq. Mexanizmdə bir şrup itirsə, bütün mexanizm itir. Bunlar olmasa, nəticə qazana bilmərik. Çoxdandır ki, bu cür motivasiyalı "Səbail" görməmişdim. Azərbaycanda hər komanda bizə qarşı meydana belə çıxır. Amma heç nə olmaz. Gərək təhlil edək, səhvlərdən nəticə çıxaraq və davam edək. Qorxulu bir şey baş verməyib".

Musayev "Səbail"in onlar üçün çətin rəqib olduğunu da vurğulayıb: "Onları udmaq üçün çox işləmək lazımdır. Başqa cür "Səbail"i məğlub etmək olmaz. Bu gün pis başladıq. Buna görə də istədiyimiz nəticəni qazana bilmədik. "Səbail"də yaxşı yerli futbolçular və legionerlər var. Onlara qarşı oynamaq çətindir. Üç matçdan ikisini uda bilməmişiksə, öz problemimizdir.Təhlil edəcəyik".

M.Musayev Denis Çerışevin "Sabah"a transfer olunacağı barədə yayılan məlumatlara da münasibət bildirib: "Xeyr. Bu, doğru deyil".

Çalışdırıcı görüşdəki hakim qərarları ilə bağlı isə bu sözləri deyib: "Hazırda hakim haqda danışmaq istəmirəm. Çünki heç nəyi dəyişmək olmaz. Emosional idim. Amma səbəbsiz deyildi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30