Ölkə futbolu
“Mənə dedilər ki, Azərbaycana getmək karyeranı bitirmək kimidir”
“Bir çox dostlarım mənə dedi: “Azərbaycana getsən, karyeranı dərhal bitirə bilərsən. Çünki bu addım karyeranı bitirmək kimidir”. Amma bu səslərin mənə çatmasına imkan vermədim. Nədənsə, təklif mənə həm maraqlı, həm də ekzotik gəldi. Sonda öz-özümə düşündüm: "Mənim peşəkar futbolçu kimi çox az vaxtım var. Niyə cəhd etmirəm?" Xüsusən də Avropa Konfrans Liqasında iştirak edə bilmək var idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Transfermarkt"a açıqlamasında "Sabah"ın futbolçusu Coy Lens Mikkels deyib.
"Sabah"a 2021-ci ilin yayında transfer olunan almaniyalı oyunçu Bakı klubuna keçidi və bir sıra məsələlər haqda danışıb: “İki həftədən sonra mən əslində hər şeydən əl çəkmək istədim. O vaxt mən hələ oteldə yaşayırdım, Bakıda mənzilim yox idi. Demək olar ki, heç kim ingiliscə danışmırdı. Almaniya və Niderland ilə müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum. Mən Bakının mərkəzində mənzilə köçənə, yerli sakinlərlə real təmas qura və komandaya uyğunlaşana qədər hər şey dəyişdi".
28 yaşlı yarımmüdafiəçi bildirib ki, əvvəllər vaxtını futbol oyunlarına sərf etsə də, hazırda formada qalmasına daha çox diqqət yetirir: “Mən elə yaşa çatmışam ki, öz hərəkətlərim haqqında daha çox fikirləşirəm. Əvvəllər çox vaxtımı "Playstation" oynamaqla keçirirdim. İndi məşq otağında çox vaxt keçirirəm və bərpa işləri ilə məşğul oluram. Yaxşı və sağlam qidalanmaya da fikir verirəm. Prmeyer Liqa çox güclü və fiziki çempionatdır. Müdafiəçilər güclüdürlər. Burada hər oyunda fiziki cəhətdən çətinlik çəkirsən və bu, iliklərinə qədər təsir edir (gülür)”.
Mikels Azərbaycanda azarkeşlərin futbola marağının az olmasından şikayətlənib. O, bildirib ki, matçlar zamanı stadionu çox azarkeşin gəlməsini istəyir: “Biz oyunçuları hətta, Bakı kimi bir milyondan çox əhalisi olan bir şəhərdə də tanıyırıq. Onlara müraciət edirik. Azərbaycanda televiziya reytinqləri çox yaxşıdır. Futbol verilişləri hər yerdə var. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin. Ən yaxşı oyunlar üçün 10.000-dən çox tamaşaçı gəlir. Normal oyunlara isə cəmi 3000 azarkeş stadiondan baxır. Ən ucuz biletlərin qiyməti cəmi 3 avroya bərabər olsa da, insanlar çox vaxt stadiona gəlmirlər. Onlar komandaları müəyyən şəraitdə məğlub olarsa, 3 avro xərcləmək istəmədiklərini əsas gətirirlər”.
Futbolçu "Sabah" azarkeşlərinin ona olan sevgisinə də toxunub. Bir müddət əvvəl komandanın fanatları Elvin Camalov, Xuan Kamara, Aleksey İsayevlə yanaşı, Coy Lens Mikelsin də fotosu olan pankartlar hazırlayıblar. Onlar bu pankartları hazırlayarkən futbolçuları dünyaca məşhur fantastik film obrazlarına bənzədiblər. Mikels isə bununla bağlı deyib: “Əlbəttə ki, özünü pankartda belə görmək inanılmaz bir şərəfdir. Amma mənim üçün ən yaxşı an, böyük bir afişa ilə təbrik edildiyimi görməyim idi. Qızımızın doğulmasından sonra azarkeşlər 'Sabah ailəsinə xoş gəldiniz' sözləri ilə pankart hazırlamışdılar. Bu, məni çox kövrəltdi".
Mikels Azərbaycanda insanların qonaqpərvər olduğunu xüsusi vurğulayıb: “Buranın insanları inanılmaz istiqanlı, qonaqpərvər və açıqürəklidirlər. Bir ailə olaraq bizim üçün Bakı çox rahat, sakit guşələri olan şəhərdir. Yalnız yol şəraitinə gəldikdə çətin olur. Bakını tıxacsız görmək demək olar ki, mümkün deyil. Çox ucuz olduğu üçün ər kəs taksidən istifadə edir. Bakıdan məşq meydançasına qədər 15 kilometrlik məsafə üçün az qala 4 avro ödəyirəm” (qol.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”