7 Iyun 2024, Cümə
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ

Ölkə futbolu

Yuri Maksimov: “Şamaxı”ya dəvət etdilər, getmədim”

Son olaraq "Vorskla"nı çalışdıran ukraynalı mütəxəssis Yuri Maksimov "Şamaxı"dan iş təklifi alıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 53 yaşlı mütəxəssis özü açıqlama verib. O, Azərbaycan təmsilçisini çalışdırmaqdan imtina etdiyini vurğulayıb:

"Məni Azərbaycana dəvət etdilər. Amma nədənsə dərhal getmək istəmədim. Məni kuboku qazandığım komandaya - "Keşlə"yə çağıdrılar. İndi "Keşlə" deyil, "Şamaxı" adlanır. Mən imtina etdim. Sonra Gürcüstandan da təklif gəldi .Amma oraya da getmək istəmədim. Çünki kiminsə arxasınca, necə deyərlər, zibil təmizləmək istəmirsən. Artıq sıfırdan başlamaq və nəsə etmək istəyirəm".

Qeyd edək ki, Yuri Maksimov "Keşlə"yə 2017/2018-ci illərdə baş məşqçilik edib. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30