8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Qurbanov: “Futbolçularıma güvənirəm”

“Son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik. Oyunun mahiyyətini bilirik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi oyunumuza yönəltməliyik. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) sabah Bakıda keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

- Futbolçuların psixoloji durumu necədir? Xüsusilə də Şahruddinin…

- Son vaxtlar psixoloji durumdan çox danışılır. Vacib oyundur. Biz peşəkarıq. Hər şey qaydasındadır. Bilirik ki, kimlə oynayırıq. Son Avropa oyunumuzdan 6 gün keçib və hər gün də Şahruddinin adı hallanıb. Ondan çox yazılır. Məni ən çox narahat edən budur. İstərdim ki, onun adı bu qədər hallanmasın. Bu, həm Şahruddində, həm də bütün komandada gərginlik yaradır. Həmişə azarkeşlərimizə güvənmişəm. Belə oyunlara real yanaşmalıyıq. Rəqiblərin gücü bizə bəllidir. Hamımız bir yerdə bu rəqiblərə qalib gələ bilərik. Belə hallar təsir edir. Ümumən, peşəkarıq. Hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Hamı başa düşür ki, bu cür oyunlarda özlərini necə idarə etməlidirlər. Futbol səhvlər oyunudur. Bütün matçlarda olur. Hər bir halda, fikirlərə hörmətlə yanaşıram. Şahruddində və digər futbolçularda hər şey qaydasındadır. Fikrimiz sabahkı oyunu yaxşı nəticə ilə başa vurmaqdır. İnşallah, xeyirlisi olar.

- “Frayburq”un artıq liderliyi təmin etməsinin müsbət və mənfi cəhətləri kimi nələri qeyd etmək olar?

- Necə cavab verəcəyimi bilmirəm. Bəzən komanda vəzifəni yerinə yetirəndə daha rahat oynayır və istədiyi oyunu tam göstərə bilir. Bəzən isə nəticə lazım olanda gərginlik yaşayırlar. Daha çox özümüz haqqında fikirləşirik. Onların nə etmək istədiklərinə zaman ayırsaq, özümüz üçün vaxtımız az olar. Sabah hansı heyətlə, sistemlə oynayacaqlarını gözləyəcəyik.

- Qara Qarayev, Bədavi Hüseynov və Leandro Andradenin oynamaq ehtimalı varmı?

- Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olub-olmayacağı bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır.

- “Qarabağ” 9 ildir ki, avrokuboklarda çıxış edir və heç vaxt qrupun son matçında qələbə qazana bilməyib. Bu uğursuzluq sindromu əlavə psixoloji gərginlik yaratmır?

- Keçmişə qayıtmaq istəmirik. Qarşımızda “Frayburq”la matç dayanır. Belə hallara önəm vermirəm. Uğursuz seriyamızın olması düşüncəsində deyiləm. Bizi maraqlandıran “Frayburq”la sabahkı matçdır. Qarşımızda yaxşı, intizamlı rəqib var. Alman komandasıdır. Bütün fikrimiz bu oyundadır. Ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30