Ölkə futbolu
Regekampf “Neftçi”dən ayrılır?
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf komandanı tərk edə bilər.
Futbolxeber.az-ın məlumatına görə, belə bir iddia ilə Prosport.ro çıxış edib. 47 yaşlı mütəxəssis “Styaua”nın baş məşqçi postuna əsas namizəddir.
İddiaya görə, Buxarest klubu Regekampfın təyinatını rəsmiləşdirmək üçün “Neftçi”yə 350 min avro təzminat ödəməlidir. Çünki rumın mütəxəssisin "ağ-qaralar"la müqaviləsində belə bir bənd var. Amma Rumıniya mətbuatı hesab edir ki, tərəflər sözügedən məbləğlə bağlı ortaq məxrəcə gələ bilərlər.
Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var. O, 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|