9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Qurban Qurbanov: “90 dəqiqə layiqli mübarizə apardıq”

“DİQQƏTİMİZİ YUNANISTANDAKI OYUNA YÖNƏLTMƏYƏCƏYİK”

“Deməzdim ki, buraxılan qol rəqibin təzyiqinin nəticəsi idi. Düzdür, sonda “Nant” meydana aktiv oyunçular buraxdı. Əvvəldən də demişdim ki, rəqibin heyətində bacarıqlı futbolçuları var”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nant”la oyun barədə danışarkən deyib.

Matçdan sonra CBC Sport-a açıqlamasında təcrübəli mütəxəssis 1:2 hesablı yenilgini belə şərh edib: “Futbolçularıma deyəcək sözüm yoxdu. Rəqibə qarşı 90 dəqiqə layiqli mübarizə apardıq. Müdafiədə oturmaq istəmədik. Son dəqiqələrdə qol buradığımıza görə oyunçular çox üzgündülər. Hər birinə yaxınlaşdım və növbəti oyuna hazırlaşmalı olduğumuzu dedim. Sonda 1 xalı əldən verdik. İstənilən halda irəliyə baxmalıyıq. Bu komanda mənə böyük ümid verir. Daha da böyüməliyik. İnanıram ki, qarşıdakı oyunlarda, illəırdə daha yxşı oyun göstərəcəyik”.

“Qarabağ”ın çalışdırıcısı son turda “Frayburq”a qarşı keçiriləcək oyun barədə də danışıb: “Hər şeyi çox gözəl anlayırıq. Bu gün yenə ikinci yerdəyik və “Nant”dan 1 xal öndəyik. İndi əsas diqqətimizi “Frayburq”la matça yönəldəcəyik. Yalnız öz oyunumuzu düşünəcəyik. Diqqətimizi Yunanıstandakı matça yönəltməyəcəyik. Güclü rəqibə, qrupda hələ uduzmayan rəqibə qarşı oynayacağıq. Bu oyunun klub olaraq bizə böyük faydası olacaq. Məğlubiyyət baədə düşünmürük”.

“Qarabağ”ın çalışdırıcısı ilk qolda səhvə yol verən Şahruddin Məhəmmədliyev barədə sualı belə cavablandırıb: “Bəli, Şahruddinin səhvi oldu. Amma biz oyundan əvvəl rəqibin pressinq tətbiq etməsinə hazır idik. Müəyyən texniki səhvlər buraxdıq. Yaxşı futbol oynamaq istəyiriksə, bu səhvləri edə-edə öyrənməliyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30