9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Coşqun Diniyevin cəzası yüngülləşdirildi

AFFA İntizam Komitəsi (İK) "Zirə"nin futbolçusu Coşqun Diniyevin cəzasını yüngülləşdirib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçinin 2 oyunluq cəzası 1-ə endirilib.

Bundan əvvəl İntizam Komitəsi Diniyevi  "Sabah"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın X tur matçının 84-cü dəqiqəsindən ikinci xəbərdarlığı alaraq meydandan kənarlaşdırıldığı üçün 1, daha sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün isə əlavə 1 oyunluq (ümumilikdə 2) cəzalandırmışdı. Klub isə 2400 min manat məbləğində cərimə olunmuşdu.

Yeni qərara görə, Coşqun Diniyev ümumilikdə 1 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30