7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Çumbinyo: “Qarabağ”ı “Olimpiakos”dan daha yaxşı tanıyıram”

"Qarabağ"ın və "Olimpiakos"un sabiq futbolçusu Çumbinyo bu komandalar arasında Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Yunanıstan mətbuatına müsahibəsində 36 yaşlı futbolçu Ağdam klubundakı günlərini belə xatırlayıb:

“Qarabağ"la bağlı xatirələrim əladır. Kluba mənə orada oynamaq imkanı verdiyi üçün təşəkkür etmək istəyirəm. Bakını çox bəyəndim, orada çox gözəl vaxt keçirdim. “Qarabağ”ı “Olimpiakos”dan daha yaxşı tanıyıram. 3 il orada oynamışam. "Qarabağ" və "Olimpiakos"un mübarizə apardığı qrup çox sərtdir. "Olimpiakos"un yaxşı mübarizə aparacağına inanıram. Düşünürəm ki, “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət qədər şansı var”.

Çumbinyo "Qarabağ"da oynayarkən başınıza gələn hansısa maraqlı əhvalatı xatırlayırsınızmı?" sualına belə cavab verib:“Bu, avrokubok oyunu üçün Avstriyada olanda baş verib. O vaxt biz həmişə səfər oyunlarına 3 gün tez gedirdik. Bütün komanda avtobusun içində idi və biz gecikən oyunçunu gözləyirdik. Gecikməsinə baxmayaraq, böyük bir təbəssümlə gəldi... Lakin bu, uzun sürmədi. Baş məşqçimiz ona baxdı və bütün komandanın onu gözlədiyinə sevinib-sevmədiyini soruşdu. Əslində ona belə demişdi: "Biletinizi kassada bron edin və səyahətinizdən həzz almağa hazırlaşın". Çox yaxşı replika idi (gülür)”.

Qeyd edək ki, Çumbinyo 2010-2013-cü illərdə "Olimpiakos"da oynayıb. O, 2013-2015-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. Çumbinyo hazırda "Etnikos"un (Yunanıstan) formasını geyinir.

Xatırladaq ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30