8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qarabağ”a məğlubiyyət boğazımda düyünlənib”

“Frayburq”la qarşıdakı iki oyun və çempionatdakı matçlar barədə düşünürəm. Bunlar mürəkkəb, eyni zamanda vacib oyunlardır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Nant”ın futbolçusu Dennis Appia deyib.

Fransalı müdafiəçi hələ də Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları matçı unuda bilmədiyini qeyd edib: “Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. Avropa Liqasının qrupunda “Olimpiakos” üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq. Emosional baxımdan bu turnir daha çox şey gətirir. Ancaq ikinci turda “Qarabağ”a məğlubiyyət hələ də boğazımda düyünlənib. Avrokubok matçlarının nə qədər mürəkkəb olduğunu bilirik”.

Qeyd edək ki, oktyabrın 6-da qrup mərhələsinin 3-cü turunda “Qarabağ” “Olimpiakos”un, “Nant” isə “Frayburq”un qonağı olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30