28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Neftçi” ilə PFL-in rəhbərliyi arasında görüş keçirilib

“Neftçi” PFK ilə Peşəkar Futbol Liqasının rəhbərliyi arasında görüş keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, klubun inzibati binasında təşkil olunan görüşdə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, idman direktoru Zaur Əzizov, əsas komandanın baş meneceri Qədir Həsənov, PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.

Görüşə görə “Neftçi” PFK-nın rəhbərliyinə təşəkkür edən PFL-in prezidenti tanışlıqla yanaşı, əsas məqsədinin klubları narahat edən məqamlarla bağlı onlara dəstək vermək olduğunu bildirib. “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev isə öz növbəsində Elxan Səmədovu PFL prezidenti seçilməsi münasibətilə bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb. Sonra Azərbaycan futbolunun hazırkı durumu və planlar barədə müzakirələr aparılıb (klub saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31