29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Antirekordun bir addımlığında

“Kəpəz”in uğursuz seriyaları qırılıb. 

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Gəncə təmsilçisi mövsümdə ilk xallarını AzərbaycanPremyer Liqasının VII turunda qazanıb. 

Qəbələdə baş tutan ev oyununda Tərlan Əhmədovun yetirmələri “Şamaxı” üzərində 2:1 hesablı əzmkar qələbə əldə edib.

Bununla da “Kəpəz”in 8 oyundan ibarət məğlubiyyət seriyası qırılıb. Cari mövsümdə 6 matçda uduzan qərblilər 2017/18 mövsümünün son iki görüşündə də xalsız qalıb. Gəncə təmsilçisi son xalını 2018-ci il mayın 4-də “Sumqayıt”la görüşdə əldə edib - 1:1.

“Kəpəz” tarixinin ən uzun məğlubiyyət seriyasının bir addımlığında dayanıb. 2012/13 mövsümündə komanda ardıcıl 9 qarşılaşmadan xalsız ayrılıb.

Gəncəlilər qələbəsizliyə son qoyub. Sonuncu dəfə 2018-ci il martın 3-də öz meydanında “Səbail”i 2:1 hesabı ilə üstələyən qərblilər 16 matçlıq həsrətə 1660 gün sonra son qoyub. Bu müddətdə 4 heç-heçə və 12 məğlubiyyət qeydə alınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31