8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Elmar Baxşıyev: "Əzmkar və layiqli qələbə qazandıq"

“Son günlər ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin. Bilirdik ki, bizi ağır oyun gözləyir. Üç matçda uduzsaq da, bu gün daha yaxşı çıxış edəcəyimizə inanırdıq. İstədiyimizi meydanda görə bildik". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Matçın sonları bir az stresli keçdi. Qırmızı vərəqədən sonra fikrimizi daha çox müdafiəyə yönəldi. Komandanı təbrik edirəm. Əzmkar və layiqli qələbə qazandıq. Belə epizodlar qırmızı vərəqə ilə dəyərləndirilirsə, sözüm yoxdur. İkili mübarizə idi. Futbolçu tullanırsa, harasa düşməlidir. Mən komandamın meydanda oynamasını istəyirəm. Oyun olduqca, nəticələr də olacaq. Əksi olanda isə təsadüfi qələbələrin davamını gətirmək alınmır. Futbolun özəlliyi də odur ki, epizodlar yaradırsan və dəyərləndirməyəndə rəqibə də şans verirsən" - deyə o bildirib. 

E.Baxşıyev komandasının xarakter göstərdiyini və sonadək rəqibə epizod vermədiyini vurğulayıb: "Öz komandama cavabdehəm. Mən məşqçi kimi “Qəbələ”də başlamışam, burda inkişaf etmişəm. Hiss etsəm ki, gedişim kluba müsbət təsir edəcəksə, bunu özüm təklif edərəm. Biz asanlıqla təslim olan komanda deyilik. İddiamızın üstündə dayanıb sonadək mübarizə aparacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30