28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Olimpiakos" bunu düzgün qiymətləndirməsə, "Qarabağ"la oyunda problem yaşayacaq"

"Zirə"nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias "Qarabağ"ın Avroliqanın qrup mərhələsində "Olimpiakos"la (Yunanıstan) keçirəcəyi oyunlar barədə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Gazzetta.gr-a açıqlamasında deyib: 

"Olimpiakos" son illərdəki kimi matça köklənə bilməsə, böyük problem yaşayacaq. "Qarabağ"ın 6-7 oyunçusu uzun illərdir birlikdə çıxış edirlər. Onların əsas "silahları" 5 oyunçudur. Bunlardan biri olan Marko Yankoviç vaxtilə "Olimpiakos"da da çıxış edib. Sağ cinah müdafiəçisi Marko Veşoviç təhlükəli oyunçudur. Abdulla Zubir ilə Kvabena Ovusu irəli xətdə təhlükəlidir və qollar vururlar. Filip Ozobiçi də bu siyahıya əlavə edirəm. Bu oyunçular xüsusi fərq yaradır. "Olimpiakos" bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq".

Qeyd edək ki, "Qarabağ"la "Olimpiakos" arasındakı 3-cü tur görüşü oktyabrın 6-da Yunanıstanda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31