9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"a “bravo!” deyirəm”

“İlk hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. “Qarabağ” bundan istifadə etdi. 12 dəqiqəyə 3 qol vurdular. Rəqibə “bravo!” deyirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Fransanın "Nant" klubunun baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ" uduzduqları (0:3) matçdan sonra mətbuat konfradsında deyib.

O, bu nəticəyə görə istefa verməyi düşünmədiyini bildirib: "İlk yarıda şanslardan istifadə edə bilmədik. Futbolda vurmayana vururlar. Şanslardan istifadə edə bilmədikcə təzyiqə düşdük. Müdafiədə yaxşı çıxış etmədik. İdmanda udursan da, uduzursan da. Biz “Qarabağ”la cavab oyununu gözləyəcəyik ki, revanş ala bilək. Bazar günü başqa oyunumuz var. Sosial mediaya baxmıram və yazılanlara fikir vermirəm".

Kombuare “Qarabağ” adı sizin üçün bu günə kimi nə idi, bundan sonra nə olacaq" sualını belə cavablandırıb: "Qarabağ” çox güclü komandadır. Avrokuboklarda uzun illərdir çıxış edir, böyük təcrübəyə malikdir. Bilirdik ki, çətin oyun olacaq. Amma 0:3 uduzmağı düşünmürdüm. Cavab oyununda qələbə qazanmağa çalışacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30