8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Ağabala Ramazanov üçün yubiley

Ağabala Ramazanov Premyer Liqada 40-cı qolunu vurub. 

Futbolxeber.az saytının məlumatına görə, “Səbail”in hücumçusunun yubileyi Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib. O, “Zirə” ilə ev matçında (1:2) fərqlənib.

Ağabala Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 62-ci futbolçudur. O, bombardirlər cədvəlində Junivan Suares, Fernando Peres və Mehman Allahverdiyevə çatıb.
İlk qolunu 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində vuran Ramazanov cənubluların heyətində 6, “Sumqayıt”da 5, “Şamaxi”da 4 dəfə fərqlənib. Bu qarşılaşmayadək həm “Səbail”, həm “Zirə”də eyni sayda - 12 top vuran hücumçu indiki komandasındakı qol sayını əvvəlki klubu ilə qarşılaşmada artırıb.

Qeyd edək ki, Ağabala Premyer Liqa karyerasında 206-cı oyunda 40-cı dəfə rəqib qapısına yol tapıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30