8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Kim soyuqqanlı olsaydı, o, qolu vura bilərdi"

"Hər iki komandanın heyəti yeni qurulub. "Turan Tovuz"un gənc və yaxşı legionerləri var. Baş məşqçiləri Ayxan Abbasov olduğuna görə "Turan Tovuz"un nə qədər ciddi rəqib olduğu bilinir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 5-ci turunda "Turan Tovuz"a uduzduqları matç (0:1) barədə danışarkən deyib. 

O, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib:

"Oyuna gəldikdə isə komandamız 90 dəqiqə üstün idi. Bir qol oyunun taleyini həll edəcəkdi. Kim soyuqqanlı olsaydı, o, qolu vura bilərdi. Təəssük ki, bu gün komandamız son nöqtəni qoya bilmədi. Hesaba baxmayaraq, komandamın əla oyun nümayiş etdirdiyini düşünürəm. Bu komanda ilə fəxr edirəm. Strategiyamızı davam etdirəcəyik. Hər rəqiblə oyuna 3 xal üçün çıxırıq. Amma potensiala baxanda "Turan Tovuz" bizə uyğun rəqib idi. Ümid sonda ölər. Sona qədər mübarizə aparacağıq. Bizim əsas məqsədimiz Azərbaycan futboluna futbolçular qazandırmaqdır. Hava şəraitini də nəzərə almalıyıq. Belə havada oynamaq çətindir. Futbolçularımla fəxr edirəm ki, bu isti havada 90 dəqiqə mübarizə apardılar. Fərdi səhvlərin üzərində işləmək olar. Komanda baxımlı oyun göstərir. Bircə sonluq yoxdur, o da ümid edirəm ki, gələcəkdə düzələr".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30