8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qarabağ"ı əks-hücumlarda tutmalı idik”

“Təbii ki, bütün komandalar “Qarabağ”a qarşı başqa motivasiya ilə hazırlaşır. Şübhəsiz ki, biz də belə hazırlaşmışdıq. Futbolçular verdiyimiz tapşırıqları 100 faiz yerinə yetirə bilməsələr də, ən azı 60 faiz işin öhdəsindən gələ bildilər. Buna görə onlara minnətdaram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in məşqçisi Xaliq Mərdanov Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün "Qarabağ"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Bəzi səhvlər oldu. Bu da futbolda başa düşüləndir. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ehtiyatlı futbol oynadıq. Oyun sisteminə uyğun olaraq rəqibi əks-hücumlarda tutmalı idik. Amma rəqib bizə hücumda problemlər yaratdı. Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik. “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30