8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Məhəllələrarsı futbol yarışı başa çatıb

AFFA-nın və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının təşəbbüsü ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “məhəllələrarası futbol” layihəsi üzrə növbəti yarış keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında təşkil olunan yarışda Binə qəsəbəsinin komandası I, Buzovna qəsəbəsinin komandası II, Şüvəlan qəsəbəsinin komandası isə III yeri tutub. 

Qalib komandalara Xəzər rayonundan seçilmiş millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, UGFF-nin baş katibi Asim Xudiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Cəlil Əlizadə və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplomlarla və medallarla təltif olunublar. 

“Məhəllələrarası futbol” pilot layihəsinin digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulub. Layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30