7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

"Qəbələ"nin rəqibi müəyyənləşdi

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının I mərhələsindəki rəqibi bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, "qırmızı-qaralar" ilk raundda Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək. Komanda ilk matçını səfərdə keçirəcək.

Təmsilçimizin II mərhələdəki potensial rəqiblərinin adına da adına aydınlıq gəlib. "Qırmızı-qaralar" I mərhələdə Xorvatiya "Hayduk"unu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Astana" (Qazaxıstan) - "Apolonia" (Albaniya) cütünün qalibi ilə görüşəcək. 

İlk qarşılaşma səfərdə keçiriləcək.

Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 14-də, cavab qarşılaşmaları oktyabrın 5-də, II mərhələnin ilk matçları oktyabrın 26-da, cavab görüşləri isə noyabrın 2-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30