8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Murad Musayev: “Əvvəlki turlarda da layiq olduğumuz qələbələr qazanmışdıq”

“İlk yarıda ən yaxşı oyunumuzu göstərə bilmədik. Komandada gərginlik var idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qəbələ" ilə görüşündən sonra mətbuat konfransında deyib.

O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Birinci hissənin sonlarında Davit Volkovun qol epizodunu qeyd edə bilərəm. İkinci hissədə yaxşı hazırlanmış, düşünülmüş, kombinassiyalı qollarımızı vurduq. Bu qələbəyə görə şadam. Biz əvvəlki turlarda da layiq olduğumuz qələbələr qazanmışdıq. Oyunun məsuliyyəti, məncə, bizi bir az sıxırdı".

Rusiyalı mütəxəssis Coy Lens Mikelsin qol vurduqdan sonra rəqib komandanın azarkeşlərini təxribata çəkməsinə də toxunub: "Həmin epizodu görmədim. Amma düşünmürəm ki, o, bunu bilərəkdən edib. Biz heç kimi təxribata çəkmək fikrində deyilik. Yəqin ki, vurduğu qolu rəqib azarkeş qarşısında qeyd etmək doğru deyildi. Əminəm ki, bu, emosialardır. İnanmıram ki, o, bunu "Qəbələ" azarkeşlərini üzmək üçün etsin".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30