Ölkə futbolu
"Səbail"in yeni transferi: "Azarkeşlərimiz bir az səbirli olmalıdırlar"
“Səbail"in yeni futbolçusu Petro Stasiuk klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, müdafiəçi komandaya uyğunlaşma prosesi və “dənizçilər”in heyətində debüt oyununu keçirməsi ilə bağlı da fikirlərini bildirib.
- Bir neçə gündür ki, Azərbaycandasan. Ölkəmiz haqqında ilkin təəssüratların necədir?
- Çox yaxşı. Azərbaycan mənim xoşuma gəldi. Bakı isə həqiqətən çox gözəldir. Bu şəhər günü-gündən inkişaf edir. Düşünürəm ki, Bakı dünyanın müasir şəhərlərindən biridir.
- “Səbail”ə gəlməzdən əvvəl çempionatımızla bağlı məlumatın var idi?
- Bəli. Azərbaycan çempionatı ilə bağlı yetərincə məlumatım var. Burada mənim dostlarım çıxış edir.
- Yeni komandan haqqında düşüncələrin necədir? Uyğunlaşa bilirsən?
- Komandamla bağlı ilk təəssüratlarım müsbətdir. Düzdür, hər kəslə tanış olmağa vaxtım olmayıb. Amma oyunda birlikdə olduğum yoldaşlarım məni çox mehribanlıqla qarşıladılar. Onlar komandaya uyğunlaşmağıma da kömək edirlər. Qısa müddətdə digərləri ilə də tanış olacağam. Beləliklə, uyğunlaşma prosesim daha da tezləşəcək.
- Səndən bir həftə əvvəl Maksim Çex “Səbail” ailəsinə qoşuldu. Hansı ki, hər ikiniz “Şaxtyor” (Donetsk) klubunun yetirməsisiniz və “Mariupol”da da birlikdə oynamısınız. Maksimlə yenidən eyni komandada çıxış edirsən.
- Maksimlə bir ildən artıq eyni komandada çıxış etmişik. Onunla yenidən birlikdə oynamağım mənim üçün çox yaxşı haldır. Düşünürəm ki, bu amil mənim yeni komandama uyğunlaşmağımı daha da asanlaşdıracaq.
- “Səbail”də qarşına qoyduğun əsas məqsəd nədir?
- Məqsədim komandamdır. İlk növbədə komandamın cari mövsüm üçün məqsədlərinə çatmasına kömək etmək istəyirəm.
- “Dənizçilər”in heyətində ilk oyununa çıxdın. Debütün haqqında nə demək istəyirsən?
- Təbii ki, ilk oyunumda qalib gəlmək istəyirdim. Təəssüf ki, bu baş vermədi. Buna görə də ilk matçımdan razı olduğumu deyə bilmərəm. Ancaq bu mövsümə böyük ümidlər bəsləyirəm və hər şeyin daha yaxşı olacağına əminəm.
- Son olaraq azarkeşlərimizə nə demək istəyirsən? Onları necə bir Petro gözləyir?
- Azarkeşlərimizə demək istədiyim budur ki, komandamız yeni qurulub. Buna görə də onlar bir az səbirli olmalıdırlar. Tez bir zamanda bu komandanın yaxşı nəticələr əldə edəcəyinə əminəm. Tərəfdarlarımızı bütün gücünü meydanda komandası üçün sərf edəcək Petro gözləyir. Bunu əminliklə deyirəm və azarkeşlərimizin də buna inanmasını istəyirəm. Dediyim kimi, komandama və bu mövsümdə hər şeyin bizim üçün yaxşı olacağına ümidim böyükdür. Bu yolda komandam üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq