8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qəbələ” rekorda imza atdı

“Qəbələ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb. “Qırmızı-qaralar” “Turan Tovuz” (2:0) və “Şamaxı”nın (3:1) ardınca “Kəpəz”i də məğlubiyyətə uğradıb - 3:0.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu, Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ”nin tarixində ən yaxşı startdır. Komanda bunadək mövsümün ilk üç turunda 9 xal toplamayıb.

Üç dəfə startda 7 xal yığmaq mümkün olub. 2015/16, 2016/17 və 2021/22 mövsümündə əldə olunan bu göstərici rekordla yenilənib.

“Qəbələ” dörd dəfə ilk iki qarşılaşmada qalib gəlsə də, III turda seriyası qırılıb. Buna 2007/08, 2008/09, 2013/14 və 2017/18 mövsümlərində təsadüf olunub. Cari çempionatda isə startdakı qələbə seriyası üçə yüksəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30